Ukraynanın baş naziri ölkədəki etirazlara görə Yaponiyaya səfərini ləğv edəcəkbackend

Ukraynanın baş naziri Yuliya Svırıdenko ölkədə antikorrupsiya orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılmasına qarşı davam edən etirazlar fonunda Osakada Ekspoda Ukrayna Günü tədbirlərində iştirak etmək üçün avqustun əvvəlində Yaponiyaya səfərini ləğv edə bilər.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Sviridenkonun yerinə Ukraynanın baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Taras Kaçka və iqtisadiyyat naziri Aleksiy Sobolev Yaponiyaya gedə bilər.