Polşanın xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə görə, Ukraynanın bərpasından ən çox Polşa faydalanacaq. O, bu barədə Fakt-a müsahibəsində bildirib.
“Mən inanıram ki, Polşa Ukraynanın dirçəlməsindən ən böyük benefisiar olacaq. Bir çox Qərb investorları üçün Polşa Ukraynaya investisiya üçün təhlükəsiz tramplin olacaq”, – nazir bildirib.
Onun sözlərinə görə, Varşava artıq belə əməkdaşlığın əsasını qoyur. O qeyd edib ki, bir çox Polşa şirkətləri ölkədə döyüşlərə baxmayaraq, Ukraynada fəaliyyətini davam etdirir.