Ukraynanın Çerniqov vilayətində partlayışlar baş verib. Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hava hücumundan müdafiə sistemləri işə salınıb.
Sentyabrın 10-da axşam Ukraynanın şərqində hava hücumu xəbərdarlığı elan edilib. Jitomir, Kiyev, Poltava, Çerkassı, Sumı, Çerniqov, Dnepropetrovsk, Xarkov və Kirovohrad vilayətlərində sirenlər işə düşüb. Bundan əlavə, Kiyevin nəzarətində olan DXR və Zaporijjya əraziləri həyəcan xəritəsində “qırmızı zona”ya düşüb.
Mənbə: Strana.ua
.













