Ukraynanın daha bir bölgəsində partlayışlar baş veribbackend

Yanvarın 1-nə keçən gecə Ukraynanın qərbindəki Lvov vilayətində partlayışlar baş verib. Bu barədə Ukraynanın “Mirror of the Week” nəşri məlumat yayıb.

Lvov meri Andrey Sadovoy bildirib ki, partlayışlar yanğınlara səbəb olub.

“Lvovda partlayışlar var!.. Artıq hadisə yerində yanğınsöndürənlər var. Həyəcan siqnalını laqeyd qoymayın”, – məmur Telegram kanalında yazıb.

Mənbə: Mirror of the Week