Ukraynanın dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edilib. Bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar sübut edir.
Bildirilir ki, Poltava vilayətində saat 23:58-də, Nikolayev vilayətində saat 00:02-də sirenlər səslənib. Təxminən saat yarım sonra Çerkassı və Kirovoqrad vilayətlərində həyəcan təbili çalıb.
Bundan əlavə, Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson vilayətinin və Donetsk Xalq Respublikasının bəzi bölgələrində həyəcan təbili çalınır.
Mənbə: A Haber

