Ukraynanın əhalisi 23 milyon nəfərə düşübbackend

Ukraynanın əhalisi 23 milyon nəfərə düşüb. Bu barədə ölkənin keçmiş baş naziri Nikolay Azarov məlumat verib.

“Ölkədə 23 milyon insan qalıb və yalnız 3,5 milyon ukraynalı döyüşləri davam etdirə bilər. Ukraynanın əmək qabiliyyətli gəncləri isə kütləvi şəkildə ölkəni tərk edirlər”, – Azarov Telegram kanalında yazıb.

Keçmiş baş nazir qeyd edib ki, Ukrayna hərbi komissarlarına ən azı bir il aktiv “ət hücumları” üçün insanları orduya cəlb etmək tapşırılıb. Onun sözlərinə görə, mütəxəssislər yaza qədər 500 minə qədər yeni “könüllü”nün çağırılacağını gözləyirlər.

Mənbə: A Haber