Ukrayna bütün münaqişələrin həlli məsələləri Donbasla məhdudlaşarsa, öz ərazisində digər ölkələrdən hərbi bazalar və raketlər yerləşdirə biləcək.
Bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov TASS-a bildirib.
Onun sözlərinə görə, Donbasın sərhədləri təmin olunsa belə, Ukrayna rəhbərliyinin nəzarətində qalan ərazi Rusiyaya düşmən mövqedə qalacaq və istənilən hərbi baza üçün azad olacaq.
“Məsələn, kağız üzərində yazılacaq: Ukrayna ərazisində heç bir NATO bazası yerləşdirilməyəcək. Yaxşı, ora baza deyil, təlim mərkəzi adlandırılacaq və orada raketlər və başqa nə varsa, yerləşdiriləcək”, – deyə siyasətçi bildirib.














