Ukraynanın mayın 9-da “diplomatik güc” nümayiş etdirmək planları üzə çıxıbbackend

Ukrayna hökuməti həmin gün Moskvada baş tutan Qələbə Paradına qarşı çıxmaq üçün “diplomatik güc” nümayişi kimi Avropa rəsmilərini mayın 9-da ölkəyə səfərə dəvət edib.

Bu barədə “Politico” yazır.

Nəşrin yazdığına görə, xarici işlər naziri Andrey Sybiha Aİ həmkarlarına dəvəti çatdıraraq, onları “İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük təcavüz qarşısında birlik və qətiyyət nümayiş etdirməyə” çağırıb.

Məqalədə qeyd edilir ki, prezident Vladimir Zelenski ayrıca Rusiya ilə mümkün atəşkəs barədə razılıq əldə edildikdən sonra Ukrayna üçün “təhlükəsizlik təminatlarını müəyyən etmək” istəyən koalisiya liderlərini mayın 9-da qəbul etmək istəyir.