Ukraynanın münaqişənin “kritik saatları” olacağı proqnozlaşdırılıbbackend

Ukrayna ordusunda bir sıra problemlər və Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində hücumu fonunda Ukraynanı “kritik saatlar” gözləyir.

Bu barədə İspaniyanın “El Pais” qəzeti yazır.

“Ukraynada kritik saatlar. Rusiyanın Xarkova hücumu Moskvanın hərbi bərpası ilə Kiyevin yorğunluğu arasında böyük qeyri-mütənasibliyi nümayiş etdirir”, – nəşr Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini qiymətləndirir.

Materialda qeyd edildiyi kimi, may ayında Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində hücuma keçməsi ilə Ukrayna münaqişəsi yeni mərhələyə qədəm qoyub. Rusiya qoşunlarının Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləməsi fonunda ABŞ-ın Kiyevə ayırdığı çox milyard dollarlıq yardıma baxmayaraq, Ukrayna Silahlı Qüvvələri kəskin kadr və sursat çatışmazlığı yaşayır.

Nəşrin yazdığına görə, Ukrayna ordusunun yuxarıda qeyd olunan problemləri fonunda Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində cəbhəsinin “yavaş dağılması” istisna oluna bilməz.

Mənbə: Lenta.ru