Ukraynanın Strana.ua nəşrinin məlumatına görə, Ukrayna Ali Radası Mixaylo Fedorovu Rəqəmsal Transformasiya naziri vəzifəsindən azad edib.
Nəşrin məlumatına görə, onun müdafiə naziri təyinatı ilə bağlı səsvermə tezliklə keçiriləcək.
Bundan əvvəl Rada Denis Şmıhalın müdafiə naziri vəzifəsindən istefasını qəbul etmişdi. Qeyd olunur ki, onun vəzifədən azad edilməsinə 265 deputat səs verib, qətnamənin qəbul edilməsi üçün isə 226 səs kifayət idi.














