Partlayışlar nəticəsində elektrik obyektlərinə ciddi ziyan dəydiyi üçün Ukraynanın şimalındakı Konotop şəhərində elektrik enerjisinin verilməsində kritik vəziyyət yaranıb. Bu barədə şəhərin meri Artem Semenixin öz Telegram kanalında məlumat verib.
“Enerji infrastrukturuna ciddi ziyan dəyib” deyə o yazıb.
Semenixinin sözlərinə görə, enerji təchizatının nə vaxt bərpa olunacağı ilə bağlı hər hansı proqnoz vermək mümkün deyil. Eyni zamanda şəhərdə su təchizatında problemlər yaranıb.
Cümə axşamı, sentyabrın 12-nə keçən gecə Ukrayna mediası partlayışlardan sonra Konotopda işıq olmadığını bildirib.