Ukrayna ordusuna məxsus Su-25 hücum təyyarəsi Xerson səmasında vurulub.
Bu barədə TASS vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, təyyarə “Novaya Kaxovka”nı atəşə tutmaq üçün uçub, lakin “Verba” portativ zenit-raket kompleksi (MANPADS) təyyarəni vurmağa nail olub.
Məlumatda qeyd olunur ki, hadisə fevralın 22-də günorta saatlarında baş verib.
Mənbə: TASS
İctimai.az

