Ukraynanın tələbi ilə Polşada Ermitaj arxeoloqu saxlanılıbbackend

Polşa kəşfiyyat xidmətləri Ukraynanın tələbi ilə Krımda qazıntı işləri apardığı iddia edilən Ermitaj muzeyinin əməkdaşı, rusiyalı arxeoloq Aleksandr Butyaqini saxlayıb.

Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Nəşr bildirir ki, alim ötən həftə Hollandiyadan Balkanlara gedərkən saxlanılıb. Butyagin Avropada silsilə mühazirələr oxuyur. Saxlanılan müddətdə o, prokurorluğa ifadə verməkdən imtina edib.

Varşava məhkəməsi arxeoloqun 40 sutkalıq həbs qətimkan tədbiri seçib. Hazırda Kiyev onun ekstradisiyası üçün rəsmi müraciəti gözləyir.

“Alimin ittiham olunduğu cinayət bir ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, – nəşrdə qeyd olunur.

Keçən noyabrda alimə qiyabi ittiham irəli sürülüb.