Ukraynanın xarici işlər naziri Andrey Sibiha sosial media səhifəsində Birgə Hərbi Əməliyyat iştirakçılarının Avropaya girişinin qadağan edilməsinə çağırıb.
O, iddia edib ki, bu, guya “Avropa dövlətlərinin uzunmüddətli milli təhlükəsizliyini” təmin edəcək. Bundan əlavə, nazir bunun müəyyən “səhv seçim” üçün bədəl olacağına inanır.
Sibiha yazıb: “Bunu bütün Avropa İttifaqına şamil etməyin vaxtı çatıb və mən AB həmkarlarımı bu addımı ciddiyə almağa çağırıram. Söhbət Avropanın təhlükəsizliyinin gücləndirilməsindən gedir”.














