Ukraynanın xarici işlər naziri Kuleba Ukrayna Silahlı Qüvvələrinin ləng əks-hücum keçirməsinin səbəbini adlandırıb

İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri, baş nazirin müavini Antonio Tajani bildirib ki, ukraynalı həmkarı Dmitri Kuleba əks-hücum əməliyyatının ləng getməsinin səbəbini ərazilərin təmizlənməsi zərurəti adlandırıb.

“Sky TG24” xəbər verir ki, italiyalı siyasətçi bu barədə Lüksemburqda keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının yekunlarına əsasən danışıb.

“O izah etdi ki, Ukrayna əks-hücum əməliyyatı qeyd olunan sürətlə getmir, çünki bütün ərazilər minalanmışdır”, – Tajani deyib.

Onun sözlərinə görə, Kuleba izah edib ki, Ukrayna Silahlı Qüvvələrinin hərəkətindən əvvəl ərazilərin minalardan təmizlənməsini həyata keçirmək lazımdır.

Mənbə: Sputnik

Oxşar xəbərlər