“Ukrenerqo” Ukrayna bizneslərini qıtlıq səbəbindən elektrik enerjisinə qənaət etməyə çağırıbbackend

Ukraynanın “Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Vadim Kudritski enerji sistemində yaranan enerji çatışmazlığı səbəbindən Ukrayna bizneslərini elektrik enerjisinə qənaət etməyə çağırıb. Bu barədə RİA Novosti Ukrenerqo Telegram kanalına istinadən yazır.

Kudritski qeyd edib ki, elektrik enerjisi istehlakı istilik mövsümü başlayandan ən yüksək həddə çatıb və istilik elektrik stansiyalarının bir neçə enerji bloku bu rekord istehlakı tam ödəmək üçün kifayət qədər gücə malik deyil. “Ukrenergo” yaşayış və kommersiya istehlakçılarına, o cümlədən ofislərin, inzibati binaların və ticarət mərkəzlərinin sahiblərinə müraciət edərək, mümkünsə, gündüz saat 9:00-dan axşam 18:00-a qədər elektrik enerjisi istehlakının məhdudlaşdırılmasını xahiş edib.

Milli şirkət rəhbəri tam işıqlandırma gücündən istifadə etməməyi və enerji tutumlu elektrik cihazlarından istifadəni məhdudlaşdırmağı tövsiyə edib. Kudritski izah edib ki, qənaətlə yanaşı, elektrik enerjisi çatışmazlığını istilik elektrik stansiyasının bloklarının təmirini başa çatdırmaq və Avropa ölkələrindən elektrik enerjisi idxalını artırmaqla kompensasiya etmək olar. O qeyd edib ki, cümə axşamı “Ukrenergo” Slovakiya, Polşa və Rumıniyadan 1700 MVt həcmində təcili yardım istəməyə məcbur olub.

Mənbə: RİA Novosti