“Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında rolu” mövzusunda onlayn intellektual oyunu keçirilib – Fotolarbackend

18 iyun 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “AİRMİXES” təşkilatının birgə təşkilatçılığı ilə gənclər arasında “Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında rolu” mövzusunda onlayn intellektual oyun keçirilmişdir.

İntellektual oyunun keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliğindən, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılamaqdan, gənclərin intellektual inkişafının artırılmasına yardım göstərməkdən, onların intellektual potensialını formalaşdırıb üzə çıxarmaqdan və cəmiyyətə sağlam düşüncəli gənclərin təqdim edilməsindən ibarət olmuşdur.

Onlayn intellektual oyununda 7 komanda mübarizə aparmışıdr.

Gərgin mübarizə nəticəsində I yeri “Mübarizlər”, II yeri “Qəbələ” və “İstiqlal”, III yeri isə “Bermud” komandaları qazanmışlar.

Qaliblərimizi təbrik edirik və qeyd etmək istəyirik ki, karantin rejimi bitdikdən sonra qalib komandalar mükafatlandırılacaq.

İctimai.az