“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində problem yaranıb.
Bu haqda oxucular məlumat verib.
Qeyd olunub ki, söhbət 1 saylı “ASAN xidmət” mərkəzindən gedir.
“Bu gün səhər 09:00-dan etibarən xidmətin işində hansısa problem yaranıb. Hazır sənədləri təhvil versələr də, sənəd qəbulu dayanıb”, – deyə məlumatda vurğulanır.