UNEC-də imtahan sessiyaları ləğv oluna bilərbackend

“Bizim əsas hədəfimiz UNEC-də imtahan sessiyalarının mərhələli şəkildə ləğvidir”.

APA xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu təcrübə xaricdə var:

“Bizim universitetlərdə də tətbiqi haqda düşünməliyik. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Beləliklə, imtahana ehtiyac qalmayacaq”.