Beynəlxalq alimlər qrupu, herpes zosterə qarşı peyvəndin insult və miokard infarktı da daxil olmaqla, ürək-damar hadisələri riskinin statistik əhəmiyyətli azalması ilə əlaqəli olduğunu müəyyən etdi.
Bu barədə Avropa Kardiologiya Cəmiyyəti (ESC) məlumat yayıb.
Tədqiqatın müəllifləri səkkiz müşahidə tədqiqatı və bir klinik sınaq daxil olmaqla 19 tədqiqatın məlumatlarını araşdırıblar. Təhlil göstərdi ki, 18 yaşdan yuxarı böyüklərdə herpes zosterə qarşı peyvənd ürək-damar ağırlaşmalarının riskini 18%, 50 yaşdan yuxarı böyüklərdə 16% azaldır. Mütləq rəqəmlərlə bu, min adam-il müşahidəyə 1,2-2,2 daha az infarkt və ya insult hallarına uyğun gəlir.
“Biz herpes zosterə qarşı peyvəndin ürək-damar hadisələrinin aşağı ehtimalı ilə əlaqəli olduğuna dair sübutlar tapdıq. Bununla belə, bunun həqiqətən peyvəndin birbaşa təsiri olub-olmadığını təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var” dedi tədqiqatın müəllifi, GSK-da Vaksinlər üzrə Qlobal Tibb Departamentinin direktoru Dr.Charles Williams.