Uruqvayda prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Yamandu Orsi qalib gəlib.
Bu barədə TASS Uruqvay Seçki Məhkəməsinin məlumatlarına istinadən xəbər verir.
Sol mərkəzçi Geniş Cəbhə koalisiyasını təmsil edən Orsi seçki məntəqələrinin 81,26%-nin məlumatlarını emal etdikdən sonra 942 470 səs toplayıb. Onun rəqibi, hakim sağ mərkəzçi Blanko partiyasının namizədi Alvaro Delqadonu 898 min 767 vətəndaş dəstəkləyib.
Delqado seçkidəki məğlubiyyətini etiraf edib və rəqibini təbrik edib. Ölkənin hazırkı prezidenti Luis Lakalle Pou da Orsini qələbə münasibətilə təbrik edib.