USADA Vəliyevanın işi üzrə dinləmələr başlamazdan əvvəl açıqlama veribbackend

ABŞ Antidopinq Agentliyinin (USADA) baş direktoru Travis Tygart etiraf edib ki, rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi həqiqətən mürəkkəbdir. Onun sözlərini USA TODAY yayıb.

“Bütün proses məxfiliyi və lazımsız ləngiməni nəzərə alsaq, ədaləti mahiyyət etibarı ilə sarsıdır, çünki bütün idmançılar tribunadakı anlarından məhrum ediliblər, dinləmələrin nəticəsindən asılı olmayaraq, geri qayıda bilməyəcəklər.

Ümid edirəm ki, qərar qəbul edildikdən sonra idmançılar və ictimaiyyət bir qədər məmnunluq tapacaq”, – deyə Tyqart bildirib.

Mənbə: Sport.ru