Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla Türkiyəyə gözlənilən səfərini müzakirə edəcək. Bu barədə TASS-a Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
“Biz çoxdandır ki, Türkiyəyə səfər etməyi planlaşdırırdıq. Düşünürəm ki, liderlər bu məsələni müzakirə edəcəklər. Bundan başqa, hesab edirəm ki, regional planda çox mühüm rol oynayan belə ölkələrin liderləri arasında fikir mübadiləsi üçün çoxlu mövzular var”, – deyə Uşakov bildirib.
Liderlər Türkiyəyə qarşıdan gələn səfərlə yanaşı, regional siyasətin həssas məsələlərini də müzakirə edəcəklər.
Mənbə: TASS