Dəfələrlə Olimpiya çempionu və dünya rekordçusu Useyn Bolt sevgilisi və üç övladı ilə fotosunu yayımlayıb. Yamaykalı yüngül atlet ailəsi ilə yolkanın yanında poza verib və şəkli İnstaqramda paylaşıb.
Sprinter Kasi Bennett ilə münasibətdədir. 2020-ci ilin may ayında cütlük “ildırım çaxması” kimi tərcümə olunan Olympia Lightning adlı bir qızı qarşıladı. Bolt dünya rekordlarına görə bu ləqəbi aldı. 2021-ci ilin iyun ayında cütlüyün Sander və Sent Leo adlı əkiz oğulları olduğu açıqlandı.
Məşhur idmançı etiraf edib ki, o, həmişə böyük ailə arzusunda olub. Bolt əvvəllər başqa qadınlarla münasibətdə idi, lakin yalnız Bennettlə münasibət qurmağa qərar verdi. Çempionun sözlərinə görə, sevgilisi ona gözəl övladlar bəxş etməklə onu sevindirib.















