ÜST rəhbəri Slovakiyanın baş naziri Fikoya qarşı sui-qəsd cəhdindən danışıbbackend

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdini şərh edib. Bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Qebreyesus Slovakiyadan gələn xəbəri “dəhşətli” adlandırıb və ÜST-nin “bu cür zorakılıq hərəkətlərini pislədiyini və Baş nazir Robert Fikonun tez və tam sağalacağına ümid etdiyini” bildirib.

Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xəsarət alan baş nazirin ailəsinə və Slovakiya xalqına dəstək olduğunu bildirib.

Mənbə: TASS