Üsyançılar Nigerə yeni baş nazir və prezident qvardiyasının komandiri təyin ediblərbackend

Ölkə prezidentinin üsyançılar tərəfindən devrilməsindən sonra idarəetmə orqanına çevrilən Nigerin Vətənin Qurtuluşu Milli Şurası (NCSR) 58 yaşlı iqtisadçı və keçmiş maliyyə naziri Əli Məman Lamin Zeini baş nazir təyin edib. Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Niger hərbi şurası da prezident qvardiyasının yeni komandirini təyin edib. Bu vəzifəni konkret kimin tutduğu açıqlanmır.

Al Hadath mənbəyə istinadən xəbər verir ki, yaxın günlərdə Afrika İttifaqı və ECOWAS-ın nümayəndə heyəti Nigerə gələcək.

Mənbə: Al Hadath