Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslər cəzalandırıldılar – VİDEObackend

Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxslər müəyyən olunublar.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev azxeber.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb:

“Həmin şəxs müəyyən olunub, polis orqanına dəvət olunublar və barəsində qanunamüvafiq tədbirlər görülüb”.