“Üzümdəki qara nöqtələrdən necə azad olum?” – Tanınmış həkim-kosmetoloq Sevinc Əliyevanın özəl AÇIQLAMASIbackend

Bu gün bir çox xanımları və eləcə də bəyləri narahat edən qara nöqtələrdən bəhs edəcəm.

Qara nöqtələr – bəri başdan sizi “sevindirim” onlardan heç vaxt tam azad ola bilməyəcəksiniz. Azalacaq, daha görünməz hala gələcək, amma bu sizdə varsa həmişə az və ya çox şəkildə olacaq.

Bunu “Newpost.az”a açıqlamasında tanınmış həkim-kosmetoloq Sevinc Əliyeva vurğulayıb.

O, qeyd edib ki, adətən qara nöqtələr yağlı və qarışıq dəri tipi olan şəxslərdə olur. Əgər qara nöqtələriniz varsa yalnız professional qulluq deyil, evdə də düzgün qulluq edilməlidir. Bir sözlə “əliniz daima üzünüzdə” olmalıdır.

Kamedonlar, səbəbindən asılı olmayaraq, çoxlu piy ifrazı nəticəsində əmələ gəlir. Yəni qidalanmadan tutmuş, komedogen kosmetik vasitələrin istifadəsinə qədər.

Google-dan istifadə etdiyiniz kosmetik vasitələrin və ya üzə qulluq vasitələrinin tərkibində komedogen maddələrin olub olmadığını araşdırın.

Nə edək…? Yuxarıda qeyd etdiyim kimi olubsa olacaq, sadəcə azalsın, görünməz olsun deyə bir neçə məsləhət verim:

1. Üzü düzgün təmizləmə;

2. Düzgün qidalanma və gündəlik su miqdarının qəbulu;

3. Həddindən artıq piy ifrazı varsa retinollardan istifadə edin (öncədən öz həkiminizlə məsləhətləşin);

4. Tonal kremlərdən bacardığınız qədər az istifadə edin. Hətta yüngül BB kremdir deyib keçməyin (Mən heç istifadə etmirəm);

5. Gündəlik istifadə etdiyiniz SPF kremini evə gələn kimi yuyun;

6. Dəriniz yağlı olsa belə dəri tipinizə uyğun nəmləndiricilərdən istifadə edin. Çünki dəri quruduqca dəridə su ifrazı azalır. Təbiətin balans qanununa əsasən də dəri özünü qorumaq üçün piy ifrazını artırır;

7. Heç vaxt makiyajla yatmayın;

8. Misilyar suyu üzdən yuyun;

9. Spirt tərkibli vasitələrdən bacardığınız qədər az istifadə edin. Spirt üzü qurudur. Yuxarıda qeyd etdiyim kimi dəri özünü balanslamaq üçün piy ifrazını artırır.

Ümüdvaram bu mövzuda az da olsa sizə yardımçı ola bildim.

Dr. Sevinc Aliyeva

Əlaqə nömrəsi: +994 50 358 04 84

Instagram: “dr__aliyeva”