ABŞ-ın vitse-prezidenti J.D.Vance deyib ki, döyüşlərə son qoymaq üçün Ukraynadakı münaqişədə son addımlar atılmalıdır. Onun sözlərini RİA Novosti AFP-yə istinadən bildirir.
“Düşünürəm ki, geniş mənada son addım deyilsə, sonuncu addımlardan birini atmağın vaxtı çatıb.
Vance həmçinin qeyd edib ki, bu addımlar “sərhədin donmasını indiki vəziyyətə yaxınlaşdırmalıdır”.
Bir gün əvvəl “Financial Times” qəzeti prezident Vladimir Putinlə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında Sankt-Peterburqda keçirilən görüşdə Rusiya liderinin bəyan etdiyini bildirib ki, Moskva “Ukraynanın qismən işğal olunmuş dörd regionunun Kiyevin nəzarəti altında qalan ərazilərinə dair iddialarından imtina edə bilər”.