Vasif Talıbovdan yeni TƏYİNATbackend

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə sədr müavini təyin edilib.

Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Sahir Kamil oğlu Rüstəmov təyinat alıb.

O, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.