Vaşinqton ABŞ-da yeni nüvə sınaqlarına ehtiyac görmürbackend

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbərinin müavini Frenk Rouz deyib ki, agentlik ekspertləri ABŞ-ın nüvə sınaqlarını bərpa etməsinin mənasız olduğunu düşünür və həmçinin atom silahlarının arsenalının mümkün genişləndirilməsi ilə bağlı hələlik qərar yoxdur. Bu barədə “İnterfaks” xəbər verir.

O vurğulayıb ki, ABŞ qanunlarına görə, Amerika prezidentinin müvafiq əmr verdiyi halda, belə sınaqlara hazır olmaq lazımdır. Rouz əlavə edib ki, Ağ Ev ABŞ-ın nüvə arsenalının artırılması ehtimalı ilə bağlı hələ dəqiq cavab verməyib, bu məsələ araşdırılır.

Onun fikrincə, plutonium nüvələrinin (nüvə yükünün mərkəzi hissəsi) istehsalının dayandırılması qərarı yanlışdır.

Mənbə: İnterfaks