Vaşinqton Kiyevi Trampın münaqişənin həlli səylərinə xələl gətirməməyə çağırıbbackend

Vaşinqton Kiyevdən ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə səylərinə xələl gətirməməyi xahiş edir.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalında bildirib.

“Prezident Tramp sülhə gedən yolun olub olmadığını anlamağa çalışır. Biz hər iki tərəflə – Rusiya və Ukrayna ilə qarşılıqlı əlaqədə olmalıyıq. Biz Ukraynadan xahiş edirik ki, bu səylərə xələl gəlməsin”, – deyə o bildirib.

Dövlət Departamenti rəhbərinin sözlərinə görə, Ağ Evdə keçirilən görüşdə Ukrayna lideri Vladimir Zelenski ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə münaqişənin diplomatik yollarla həllinin mümkün olub-olmaması barədə mübahisə etmək qərarına gələrək Trampın “planını alt-üst edib”.

Rubio vurğulayıb ki, danışıqlar masasında həm Ukrayna, həm də Rusiya iştirak etməlidir. “Və yalnız prezident Tramp sülhə nail ola bilər, bu, onun məqsədi idi və belə də qalır” dedi dövlət katibi.

O xatırladıb ki, Ər-Riyadda keçirilən danışıqlarda Rusiya tərəfi Ukrayna münaqişəsinin həllini müzakirə etməyə hazır olduğunu bildirib.

“Ancaq münaqişənin qarşı tərəfi sülhdə qətiyyən maraqlı olmadığını dedikdə davam etmək çətindir”, – Rubio əlavə edib.