Vaşinqton Səudiyyə Ərəbistanını əsas qeyri-NATO müttəfiqləri sırasına daxil edibbackend

ABŞ Prezidenti Donald Tramp ABC-nin məlumatına görə, ABŞ Səudiyyə Ərəbistanına NATO-ya üzv olmayan əsas müttəfiq statusu verib.

Vaşinqtonda səfərdə olan vəliəhd şahzadə və baş nazir Məhəmməd bin Salman Əl Səudun şərəfinə Ağ Evdə verilən şam yeməyində çıxış edən Tramp ABŞ ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın yeni səviyyəyə çatdığını vurğulayıb. Prezident qeyd edib ki, iki ölkə tarixi əhəmiyyətə malik strateji müdafiə müqaviləsini yeni imzalayıblar.

Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı rəsmi olaraq Şimali Atlantika Alyansından kənarda Vaşinqtonun əsas müttəfiqləri arasında yer alıb.