Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüş tarixi bəlli oldubackend

Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilməsi nəzərdə tutulan görüşün vaxtı dəqiqləşib.

Bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, iyunun 27-dən etibarən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair saziş üzrə danışıqların yeni raundu başlayacaq.

Bildirilir ki, bu məqsədlə artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfərə gedib.