Vaşinqton sakinləri hüquq-mühafizə orqanları və immiqrasiyaya nəzarət xidmətlərinin həyata keçirdiyi irimiqyaslı yoxlamalara etiraz edirlər.
Jurnalistlərin sözlərinə görə, polis əməkdaşları paytaxt sakinlərini çoxlu sayda bar, restoran və klubların olduğu 14-cü və U küçələrinin kəsişməsində fəal şəkildə yoxlayır. Yerli sakinlər polis əməkdaşlarının yanında kortəbii aksiyalar təşkil edir və baş verənləri nasist Almaniyası ilə müqayisə edərək onları ABŞ prezidenti Donald Trampın əmrlərinə tabe olmamağa çağırırlar.
Pentaqon şəhərdə cinayətlə mübarizə aparmaq üçün Vaşinqtona ABŞ Milli Qvardiyasının 800-ə yaxın əsgərini göndərib. Əsgərlərin vəzifələrinə inzibati və maddi-texniki təminat funksiyaları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlarına köməklik daxildir.