Vatikan kardinalları yeni Papa seçməyə başlayıbbackend

Papa Fransiskin vəfatından sonra yeni Papanın seçilməsi üzrə konklav mayın 7-də çərşənbə günü axşam saatlarında Vatikanda açılacaq.

Bu barədə RİA Novosti xəbər verir.

Nəşr qeyd edir ki, Roma Katolik Kilsəsinin yaşı 80-ə çatmamış 133 kardinal səsvermə hüququna malikdir. Prosedur namizədlərdən biri arzu edilən 89 səsi alana qədər davam edəcək.

Səsvermənin kardinalların məxfilik və təcrid mühitində olacağı Sikstin kapellasında keçiriləcəyi vurğulanır.