Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən bəzi səhnələr Vatikanı məyus edib.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəsmi bəyanatına istinadən xəbər verir.
“Müqəddəs Taxt-Tac son günlərdə bir çox xristianların və başqa dinlərə mənsub insanların müəyyən mənzərələrdən incidiyini qeyd edən başqalarının səsinə öz səsini əlavə etməyə bilməz”, – bəyanatda deyilir.
Qeyd olunur ki, ortaq dəyərləri bir araya gətirən belə bir mötəbər tədbirdə dini inancları bir-birinə uyğun gəlməyən məcazlarla əks etdirən metaforalardan istifadə edilməməlidir.
Mənbə: A Spor