Venesuela ABŞ-dan neftin geri qaytarılmasını tələb edibbackend

Venesuela ABŞ-dan qaçırılan tankerin heyətini təcili olaraq azad etməyi, oğurlanmış nefti geri qaytarmağı və qanuni ticarətə müdaxiləni dayandırmağı tələb edib. Bu barədə Venesuela xarici işlər naziri İvan Gil Pintonun BMT Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı və Telegram kanalında dərc olunmuş məktubunda bildirilib.

Venesuela xarici işlər naziri BMT Təhlükəsizlik Şurasını ABŞ tərəfindən dəstəklənən piratçılıq aktını, özəl gəmiyə qarşı qanunsuz hərbi güc tətbiqini və qanuni beynəlxalq ticarətə məxsus yüklərin oğurlanmasını açıq şəkildə qınamağa çağırıb.