Venesuela ordusu 2025-ci ildə 39 narkotik təyyarəsini məhv edib.
Bu barədə prezident Nikolas Maduro Venezolana de Televisión telekanalında bildirib.
“Silahlı qüvvələrimizi, ərazi müdafiə kompleksimizi, xüsusən də hava hücumundan müdafiə və hərbi aviasiyamızı təbrik etmək istəyirəm, çünki dünən (28 dekabr) Apure ştatında bu il 31-ci narkotik təyyarəsi vurulub”, – Maduro bildirib.
Bazar ertəsi Amazonas ştatında daha səkkiz təyyarə məhv edilib.
Onun sözlərinə görə, Venesuela ordusu narkotiklərlə mübarizə haqqında qanunun qəbulundan sonra 430 narkotik təyyarəsini məhv edib.















