“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışını dinlədiyini bildirib.
Dövlət başçısı rusiyalı nazirin çıxışını heyrətamiz adlandırıb, onun fikrincə, “imperializmin sonuna doğru yeni bəşəriyyət çağırışı ilə bəşəriyyət üçün ümumi hissləri ifadə edir”.
Bir gün əvvəl Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı BMT və onun nizamnaməsinin ABŞ-ın ambisiyaları üçün təhlükə yaratdığını bildirmişdi.

