Venesuela prezidenti Nikolas Maduro milli milisləri ölkədəki sənaye obyektlərini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təxribatlarından qorumağa çağırıb. Siyasətçi bu barədə “Venezolana de Television” telekanalının yayımladığı fəhlə sinfinin nümayəndələri ilə görüşdə bildirib.
Maduro bəyan edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela iqtisadiyyatını sarsıtmaq vəzifəsini daşıyır.
Venesuela liderinin sözlərinə görə, təhlükəsizliyi təmin etmək və “neft-qaz obyektlərini, elektrik enerjisini, nəqliyyatı və digər sənaye obyektlərini” MKİ-dən qorumaq lazımdır. Siyasətçi qeyd edib ki, Amerika agentliyinin planına fəhlə sinfinin gücü müqavimət göstərəcək.














