Venesuela heç vaxt ABŞ-ın müstəmləkəsinə çevrilməyəcək. Bunu Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalı tərəfindən yayımlanan “Müstəmləkəçilik, neokolonializm və Qərb imperializminin ərazi talanları” adlı beynəlxalq konfransın bağlanışında deyib.
“Venesuela heç vaxt Amerika Birləşmiş Ştatlarının müstəmləkəsinə və ya imperiyadan asılı olan başqa bir ulduza çevrilməyəcək”, – dövlət başçısı bildirib.
Maduro əlavə edib ki, Venesuela “nə qədər güclü olsa da, imperiya qarşısında özünü alçaltmayacaq”. Prezident qeyd edib ki, ölkə yaxın illərdə “bu imperiyaya layiqli dərs vermək” niyyətindədir.














