Venesuela prezidenti Putini seçkilərdə qələbəsi münasibətilə təbrik edibbackend

Venesuela prezidenti Nikolas Maduro Putini prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Bu barədə Bolivar Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Venesuela xalqı adından prezident Vladimir Vladimiroviç Putini və onun siyasi hərəkatını seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edir”, – deyə məlumatda bildirilir.

Ölkənin Xarici İşlər Nazirliyi həmçinin Rusiya xalqının “demokratiyaya dərin sadiqliyinə” və seçkilərdə genişmiqyaslı iştirakına görə tanındığını bildirib.

Mənbə: TASS