Venesuela prezidentinin səlahiyyətlərini icra edən şəxs Rusiya ilə münasibətlərdən danışıbbackend

Venesuelanın Çin, Rusiya, Kuba və İranla, eləcə də dünyanın digər ölkələri ilə münasibətlər qurmaq hüququ var.

Bu barədə prezident vəzifəsini icra edən Delsi Rodrigez xalqa müraciətində bildirib.

O qeyd edib ki, “Venesuelanın Çin, Rusiya, Kuba, İran və dünyanın bütün ölkələri ilə, eləcə də ABŞ ilə münasibətlər qurmaq hüququ var. Bizim bu hüququmuz var və beynəlxalq hüquqa uyğun olaraq bundan hörmətlə istifadə edəcəyik”.

Bundan əlavə, Rodrigez qeyd edib ki, əgər bir gün Vaşinqtona səfər etsəydi, bunu “başını dik tutaraq” və “dizlərinin üstündə deyil” edərdi.