Venesuela xarici işlər naziri İvan Gil Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin rəhbəri Aleksandr Şetinin ilə görüşüb.
Gil özünün Telegram kanalında yazıb ki, görüşün məqsədi iki ölkə arasında tərəfdaşlığı müzakirə etmək olub.
Yazıda deyilir: “Strateji ikitərəfli əməkdaşlığımızın gücləndirilməsindəki irəliləyişi nəzərdən keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetininlə görüşdük”.















