Venesuelada hökumətdə genişmiqyaslı dəyişikliklər baş veribbackend

Venesuela lideri Nikolas Maduro ölkə hökumətində genişmiqyaslı dəyişikliklər edərək, nazirliklərin yarısını əhatə edib. Bu barədə “Venezolana de Television” dövlət televiziyası məlumat yayıb.

Prezident Delsi Rodrigesi ölkənin vitse-prezidenti vəzifəsinə təsdiq edib. O, eyni zamanda Neft Sənayesi Nazirliyinə də rəhbərlik edəcək. Hakim Vahid Sosialist Partiyası sədrinin birinci müavini Diosdado Kabello siyasi müstəqillik, təhlükəsizlik və sülh məsələləri üzrə vitse-prezident və daxili işlər naziri olacaq. Miranda ştatının qubernatoru Hektor Rodriqes ərazi sosializminin inkişafı üzrə vitse-prezident təyin edilib.

PDVSA dövlət neft şirkətinin keçmiş rəhbəri Pedro Tellechea sənaye və milli istehsal naziri olacaq. PDVSA-ya şirkətin hazırkı vitse-prezidenti Hektor Obreqon rəhbərlik edəcək.

Mənbə: TASS