Venesuelada müxalifət liderlərinə qarşı istintaq başlayıbbackend

Venesuela Baş Prokurorluğu ölkənin keçmiş prezidentliyə namizədi Edmundo Qonzales və müxalifət liderlərindən biri Korina Maçadonu üsyana təhrik etməkdə ittiham edib və onlara qarşı cinayət işi açıb. Bu barədə Bolivar Respublikasının baş prokuroru Tarek Uilyam Saab X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Baş Prokurorluq qeyd edib ki, Qonzales və Maçado Nikolas Maduronun prezident seçkilərində legitim qələbəsini inkar edən bəyanatlar yayırlar. Bununla da bu qurumun yeganə səlahiyyətli orqanı olan Milli Seçki Şurasının qanuni qərarını pozurlar. Bundan əlavə, Qonzales və Maçado Venesuela hərbçilərini və polisini qanunlara tabe olmamağa çağırır.

Bununla əlaqədar Baş Prokurorluq hər iki müxalifət liderinə qarşı cinayət işi başlanması barədə qərar qəbul edib.

Mənbə: TASS