Venesuelanın xarici işlər naziri ABŞ dövlət katibini Latın Amerikasına nifrət etməkdə ittiham edibbackend

Venesuelanın xarici işlər naziri İvan Gil ABŞ dövlət katibi Marko Rubionu yalan danışmaqda və Latın Amerikası və Karib hövzəsinə nifrət etməkdə, həmçinin regionun resurslarını talamaqda ittiham edib.

O, Telegram kanalında müvafiq mesaj yayımlayıb.

“Cənab Marko Rubionun fəaliyyətini yekunlaşdırdığı mətbuat konfransı onu son dərəcə zəif vəziyyətə saldı, onun vicdansızlığını, köklü komplekslərini, Latın Amerikası və Karib hövzəsinə bəslədiyi nifrətini ifşa etdi”.

Nazirin sözlərinə görə, Rubio Senatda və dövlət katibi vəzifəsində işlədiyi illərdə bircə dənə xarici siyasət uğurunun adını çəkə bilməyib. Gil ABŞ dövlət katibini “çevrilişləri, müdaxilələri, sonsuz müharibələri və rejim dəyişikliyini təşviq edən” ekspert hesab edir, ABŞ-ın dünyadakı uğursuzluqlarına və insan itkilərinə cavabdehdir.