Vens deyib ki, Tramp Putinlə danışıqların vacibliyini anlayırbackend

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlara ehtiyac olduğunu qəbul edir, ABŞ vitse-prezidenti J.D.Vens Fox News telekanalına müsahibəsində bildirib.

Vens qeyd edib ki, Tramp Putinlə danışıqlar apardığına görə tez-tez tənqid olunur.

“Vladimir Putinin qərarı ilə razılaşmaq lazım deyil, amma sülh istəyirsənsə, güc nümayiş etdirməlisən, xalqla danışmalısan”, – vitse-prezident deyib.

O xatırladıb ki, respublikaçı prezidentin ilk səlahiyyət müddətində Şimali Koreya lideri Kim Çen Inla görüşlərinə görə tənqid edilib.