Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında SƏRƏNCAMbackend

Prezident İlham Əliyev Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilirlər.

Sənədə əsasən, bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxsləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilir.